|
• DünyadaUNESCO daxilində artan ziddiyyətlər - TƏHLİLBu il UNESCO-nun baş direktoru vəzifəsinə seçkilər olacaq. 2017-ci ildə bu vəzifəyə seçilmiş fransalı Odre Azulenin 4 illik səlahiyyət müddəti sona çatmaq üzrədir. Rəsmən seçki prosesi hələ başlamasa da, artıq bir sıra ölkələr münasib hesab etdikləri şəxslərin bu vəzifəyə seçilməsi üçün ciddi səylər göstərməyə başlayıb. Həmçinin Fransa O.Azulenin ikinci dəfə bu vəzifəyə seçilməsini istəyir. Bu isə UNESCO-ya bir sıra üzv dövlətlərinin haqlı narazılığına səbəb olur. Hazırda təşkilatın daxilində cərəyan edən proseslər göstərir ki, UNESCO ciddi ziddiyyətlər burulğanındadır. Bir tərəfdən özünü demokratiyanın və insan hüquqlarının, milli və qlobal miqyasda ədalətli idarəetmənin carçısı kimi qələmə verən, beynəlxalq qaydalara riayət edilməsinin vacibliyindən danışan ölkələr seçki prosesinə təsir göstərməyə çalışırlar. Digər tərəfdən UNESCO hökumətlərarası təşkilatdır və BMT-nin vacib qollarından biridir. Bu təşkilatda çalışan hər bir şəxs, direktordan tutmuş sıravi işçiyə qədər, məhz BMT idealları naminə, bütün üzv dövlətlərin maraqlarına naminə fəaliyyət göstərməlidir. Ayrı-ayrı ölkələrin bu təşkilatı nəzarətə götürməsi onun bəyan etdiyi prinsiplərə deyil, başqa məqsədlərə xidmət etdiyini deməyə əsas yaradır. Məhz elə buna görədir ki, beynəlxalq təşkilat olan UNESCO son dövrlər özünü böyük dövlətlərin öz maliyyə vəsaiti hesabına qurduğu bir QHT kimi aparır. Bu kimi addımlar multilateralizmə və UNESCO-nun hökumətlərarası mahiyyətinə vurulan sarsıdıcı zərbədir. Mədəniyyət, elm və təhsil kimi önəmli sahələrdə mandatı olan bu təşkilat təəssüf ki, siyasi oyunların qurbanına çevrilir. Belə olan halda hazırkı UNESCO-nun hansısa sözünə inanmaq olarmı?! Onun fəaliyyətini, verdiyi rəyləri, qiymətləndirmələri obyektiv saymaq olarmı?! Bu təşkilata etibar etmək olarmı?! Hazırda UNESCO-nun ölkəmizə missiya göndərməsi məsələsi gündəmdədir. Bu reallığı nəzərə alaraq, UNESCO-nun missiyasının nəticələrinə necə güvənmək olar, necə əmin olmaq olar ki, kənar qüvvələrin təsiri altında olan bu missiya Ermənistanın maraqları naminə qərəzli hesabat hazırlamayacaq?! Üstəlik bəzi digər məqamlar onsuz da böyük suallara yol açır: illərdir Azərbaycanın UNESCO missiyası dəvət eləməyinə baxmayaraq bu təşkilatdan bir reaksiya gəlmirdi. İndi isə UNESCO böyük canfəşanlıqla bura missiya göndərmək istəyir. Görünən odur ki, özünü demokratiya, insan hüquqları elçiləri kimi təqdim etməyə çalışan bir sıra dövlətlər əslində qlobal humanizm və multilateral dəyərlərə hörmət etmir və bu anlayışlardan sadəcə öz siyasətlərinin bir instrumenti kimi istifadə edirlər. Prezidenti İlham Əliyevin bu yaxınlardakı çıxışında qeyd etdiyi kimi, hazırda COVİD-19 pandemiyası ilə bağlı vaksinasiya prosesində də zəngin dövlətlərin iç üzü ortaya çıxır. Öz əhalisindən qat-qat çox sayda vaksin almaqla, digər ölkələrə bu imkanı yaratmamaqla əslində inkişaf etmiş eqoist ölkələr sanki neo-müstəmləkəçilik siyasəti yürüdürlər. Bir çox zəngin dövlətlər eqoistlik edir, heç kimi yaxına buraxmır və beynəlxalq təşkilatlarda yalnız öz maraqları naminə idarəetmədə monopoliya yaratmağa can atır. Bu kimi addımlar neo-müstəmləkəçiliyin yeni bir növüdür. Mənbə:Apa.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2021 16:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |