إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə, Azərbaycan, İran XİN başçıları və liderləri səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı hazırlıqlar başlayıb

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri və liderlər səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı hazırlıqlar başlayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici işlər naziri Cavad Zəriflə İstanbulda keçirilən görüşdən sonrakı mətbuat konfransında bildirib.

"Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri və liderlər səviyyəsində görüşlərin həyata keçirmək üçün hazırlıqları bu gün başlatmış olduq", - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Nazir bildirib ki, Cənubi Qafqazda normallaşma region ölkələrinin xeyrinə olacaq:

"Bu normallaşmadan ən çox Ermənistan və Ermənistan əhalisi faydalanacaq. Dolayısı ilə Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”

Öz növbəsində  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  bildirib ki, Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərim zamanı bunu bildirdim ki, keçmişi gələcəyə gedən yol kimi görməliyik.

O qeyd edib ki, Qarabağda atəşkəs daha davamlı olmalı, ticarət və iqtisadi əlaqələrin canlanmasına şərait yaratmalıdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2021  12:55 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!