إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyənin şiə icması Mütəhhərinin ideyalarına müraciət edir

Səudiyyə Ərəbistanının şiə icmasının liderlərindən biri, hüccətül-islam Həsən Səffar görkəmli mütəfəkkir Mürtəza Mütəhhəri barədə maraqlı fikirlər söyləyib. Onun sözlərinə görə, din alimi həm daxili siyasi, həm beynəlxalq siyasi məsələlərdən agah olarsa, onda düzgün nəticələr əldə olunar.

Şeyx Səffarın dediyinə görə, Şəhid Mürtəza Mütəhhəri yeni fikirli, daha doğrusu İslama yenidən baxan bir alim idi. Bunu iki cəhətdən anlamaq olar. Birincisi o, güşənişin olmayıb, ətrafına baxan, ictimai fəaliyyətə qoşulan bir alim olub. O, müxtəlif tədbirlərə qoşulur, maraqlı kitablar yazırdı. Bu da onun ictimai agahlığından xəbər verir. İkincisi isə, o, mədrəsə divarlarından çıxıb universitetdə tədrislə məşğul olmağa başladı. O, ilahiyyatla yanaşı digər elmləri də yaxşı bilirdi.

Beləliklə də, bir din aliminin ictimai-siyasi məslələrdən agahlığı müsəlmanların yaşayışının yaxşılaşmasına səbəb olar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2012  19:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!