|
|
“YAŞAT” Fonduna rəhbər təyin olunubAzərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrnin təminatına dəstək üçün yaradılan "YAŞAT" Fonduna rəhbər təyin olunub. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Qarabağ qazisi Elvin Hüseynov Fonda rəhbər təyin edilib. Elvin Hüseynov faktı APA-ya təsdiqləyib. "ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub. Qeyd edək ki, bir müddət əvvəl “YAŞAT” Fondunun Himayəçilik Şurasın tərkibi müəyyənləşib.Şuranın tərkibinə Abdullayev Çingiz Akif oğlu, Alızadə Sevinc Əsgərxan qızı, Aslanov Novruzəli Davud oğlu, Aşina Məsud, İbrahimov Mənsum İsrafil oğlu, İsgəndərov Anar Camal oğlu, Qasımov Balakişi Ələkbər oğlu, Novruzov Cahangir Mütəllib oğlu, Ramaldanov Şair Ramaldan oğlu, Səfərəliyeva Rəna Teymur qızı, Zəkiyev İlham Əzizağa oğlu daxildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2021 12:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |