8 Yanvar, 2021
“YAŞAT” Fonduna rəhbər təyin olunub

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrnin təminatına dəstək üçün yaradılan "YAŞAT" Fonduna rəhbər təyin olunub.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Qarabağ qazisi Elvin Hüseynov Fonda rəhbər təyin edilib. Elvin Hüseynov faktı APA-ya təsdiqləyib.

"ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova isə Fondun müdir müavini təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl “YAŞAT” Fondunun Himayəçilik Şurasın tərkibi müəyyənləşib.Şuranın tərkibinə Abdullayev Çingiz Akif oğlu, Alızadə Sevinc Əsgərxan qızı, Aslanov Novruzəli Davud oğlu, Aşina Məsud, İbrahimov Mənsum İsrafil oğlu, İsgəndərov Anar Camal oğlu, Qasımov Balakişi Ələkbər oğlu, Novruzov Cahangir Mütəllib oğlu, Ramaldanov Şair Ramaldan oğlu, Səfərəliyeva Rəna Teymur qızı, Zəkiyev İlham Əzizağa oğlu daxildir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10782.html