|
• DünyadaISESCO-nun 2021-ci ildə həyata keçirəcəyi layihələr açıqlanıbslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) 2021-ci ildə təşkilatın həyata keçirəcəyi yeni layihələri açıqlayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, İƏT Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə keçirilən birgə virtual Media Forumunda çıxış edən ISESCO-nun Baş direktoru Salim əl-Malik yeni ilin ilk günlərində Məhəmməd Peyğəmbərə həsr olunmuş beynəlxalq konfransa hazırlıq görüldüyü barədə məlumat verib. O qeyd edib ki, İslam və Qərb ölkələrindən ilahiyyatçı alimlərin iştirak edəcəyi bu geniş tədbir Müsəlman Dünyası Liqası və İlahiyyatçıların Məhəmmədiyə Liqası ilə birlikdə keçiriləcək. Bundan başqa, ISESCO-nun təşkilatçılığı ilə İslam dünyasında medianın gələcəyi mövzusunda da konfransın keçirilməsi nəzərdə tutulur. Baş direktor qeyd edib ki, 2021-ci ilin İslam dünyasında “Qadın ili” elan edilməsi münasibətilə İƏT-ə üzv ölkələrin iştirak edəcəyi geniş tədbirin təşkili də bu layihələr arasındadır. Belə ki, ilboyu keçiriləcək tədbirdə qadın hüquqları və cəmiyyətin sosial-iqtisadi həyatında zərif cinsin nümayəndələrinə dəstəyin artırılması məsələləri müzakirə ediləcək. ISESCO-nun rəhbəri təşkilatın 2020-ci ildə gördüyü işlər barədə də ətraflı məlumat verib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Yanvar, 2021 15:30 ⁄ Çap
Bu bölmədə14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib14 Yanvar, 2021 Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün İslamabad bəyannaməsi imzalanıb - Foto11 Yanvar, 2021 ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |