1 Yanvar, 2021
ISESCO-nun 2021-ci ildə həyata keçirəcəyi layihələr açıqlanıb

slam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) 2021-ci ildə təşkilatın həyata keçirəcəyi yeni layihələri açıqlayıb.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, İƏT Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə keçirilən birgə virtual Media Forumunda çıxış edən ISESCO-nun Baş direktoru Salim əl-Malik yeni ilin ilk günlərində Məhəmməd Peyğəmbərə həsr olunmuş beynəlxalq konfransa hazırlıq görüldüyü barədə məlumat verib. O qeyd edib ki, İslam və Qərb ölkələrindən ilahiyyatçı alimlərin iştirak edəcəyi bu geniş tədbir Müsəlman Dünyası Liqası və İlahiyyatçıların Məhəmmədiyə Liqası ilə birlikdə keçiriləcək. Bundan başqa, ISESCO-nun təşkilatçılığı ilə İslam dünyasında medianın gələcəyi mövzusunda da konfransın keçirilməsi nəzərdə tutulur.

Baş direktor qeyd edib ki, 2021-ci ilin İslam dünyasında “Qadın ili” elan edilməsi münasibətilə İƏT-ə üzv ölkələrin iştirak edəcəyi geniş tədbirin təşkili də bu layihələr arasındadır. Belə ki, ilboyu keçiriləcək tədbirdə qadın hüquqları və cəmiyyətin sosial-iqtisadi həyatında zərif cinsin nümayəndələrinə dəstəyin artırılması məsələləri müzakirə ediləcək.

ISESCO-nun rəhbəri təşkilatın 2020-ci ildə gördüyü işlər barədə də ətraflı məlumat verib.

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10773.html