إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ Azərbaycanı din azadlığının təmin edildiyi ölkə hesab edir

ABŞ Azərbaycanı din azadlığının təmin edildiyi ölkə hesab edir.

Ahlibeyt.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) istinadən məlumatına görə, ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.

ABŞ hökuməti tərəfindən din azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilmiş, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.

ABŞ Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Dekabr, 2020  11:54 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!