إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əfqanıstan və Pakistanda antiamerika aksiyaları keçirildi

Minlərlə pakistanlı ölkələrindən NATO hərbi- silah-sürsatının tranziti məqsədilə istifadə edilməsinə etiraz ediblər. Bazar ertəsinin axşamı keçirilən aksiyada etirazçılar Pakistanın antiterror koalisiyasından çıxmasını tələb ediblər. Nümayişlər ölkənin ən iri dini partiyası – “Camaati-İslami” tərəfindən təşkil edilmişdi.  Rəsmi İslamabaddan vaşınqtonla əlaqələrə son qoymaq tələb olundu.  Bu barədə ABNA-nın ingilisdilli saytı xəbər verir.

Bununla yanaşı yüzlərlə əfqan çərşənbə axşamı etiraz aksiyası keçiriblər. Antiamerika nümayişlərinə qatılanlar NATO qüvvələrini uşaq qətlində ittiham ediblər. Xatırladaq ki, dünən amerikalı hərbçilər ölkənin cənubunda 8-12 yaşları arasında uşaqları qətlə yetiriblər. Dəfn mərasiminə qatılan insanlar Kabil-Qəndəhar şossesini bağlayaraq antiamerika şüarları səsləndirirdilər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2012  22:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!