
Minlərlə pakistanlı ölkələrindən NATO hərbi- silah-sürsatının tranziti məqsədilə istifadə edilməsinə etiraz ediblər. Bazar ertəsinin axşamı keçirilən aksiyada etirazçılar Pakistanın antiterror koalisiyasından çıxmasını tələb ediblər. Nümayişlər ölkənin ən iri dini partiyası – “Camaati-İslami” tərəfindən təşkil edilmişdi. Rəsmi İslamabaddan vaşınqtonla əlaqələrə son qoymaq tələb olundu. Bu barədə ABNA-nın ingilisdilli saytı xəbər verir.
Bununla yanaşı yüzlərlə əfqan çərşənbə axşamı etiraz aksiyası keçiriblər. Antiamerika nümayişlərinə qatılanlar NATO qüvvələrini uşaq qətlində ittiham ediblər. Xatırladaq ki, dünən amerikalı hərbçilər ölkənin cənubunda 8-12 yaşları arasında uşaqları qətlə yetiriblər. Dəfn mərasiminə qatılan insanlar Kabil-Qəndəhar şossesini bağlayaraq antiamerika şüarları səsləndirirdilər.