إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir: “Səudiyyə səfirinə sui-qəsddə İran təqsirli deyil”

Misir hökuməti Səudiyyə Ərəbistanının ölkədəki səfirinə sui-qəsdin arxasında İranın durduğunu əsassız adlandırıb. Bu barədə “Arabi Press” xəbər verir. Misir rəsmilərinin dediklərinə görə, məlumatı yayan “Əl-Həyat” qəzeti olub. Həmin qəzet Səudiyyə Ərəbistanının dəstəyi ilə Londonda dərc olunur. Misir bu məlumatı yalan və əsassız adlandırıb. Qeyd edək ki, İran tərəfi də məlumatı təkzib edib və bu cür məlumatlara reaksiya verilməsini İslam dünyasının ümumi maraqlarına zidd olduğunu bildirib. Beləki, İran XİN sözçüsü ramin Mehmanpərəstin sözlərinə əsasən, belə oyunların arxasında müsəlmanlar rasında ixtilaf salmaq istəyən sionist rejimi durur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2012  22:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!