إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Üsamə bin Laden gündəliyi yayılacaq

Əl-Qaidənin lideri Üsamə bin Ladenin qətlə yetirilməsindən bir il keçməsi münasibəti ilə ABŞ hərbi dairələri onun əlyazmalarını nəşr edəcəyinə söz verib.

“Tabnak” xəbər verir ki, amerikalılar bin Ladenin Pakistanda gizləndiyi mənzildən bəzi sənədlər aşkar edərək onları nəşr etdirmək istəyirlər. Beləki, Ağ Ev rəsmiləri həmin sənədlərdə əldə olunan məlumatların Əl-Qaidəni rüsvay edəcəyinə əminliyini dilə gətiriblər. Rəsmi məlumata əsasən, Bin Ladenin gündəliyi, məktubları və tapılan sair sənədlərdə görsənir ki, terrorçu öz təşkilatının gələcəyindən narahat idi. Amerikalı rəsmilərin iddiasına əsasən, bin Laden Əl-Qaidə üzvlərinin psixiki pozuntusu və şəbəkə rəhbərlərinin təcrübəsizliyindən şikayət edibmiş. Qeyd olunur ki, terrorçunun elə planları var imiş ki, əgər ötən il o öldürülməsəydi, Amerika milli təhlükəsizliyinə ciddi zərbə vurulacaqdə.

Ekspertlərin fikrincə bütün bunlar Obamanın seçkiqabağı kampaniyasına hesablanmış siyasi oyundur və sənədlərin həqiqətən də bin Ladenə məxsus olması sübuta yetirilə bilməz. Həmçinin mifik terror təşkilatının təhdidlərini şişirməklə ABŞ antiterror əməliyyatları adı altında apardığı nahaq müharibələrə bəraət qazandırmağa çalışır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2012  21:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!