إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyx Azərbaycanın Serbiyada təmir etdiyi məscid və kilsənin açılışına gedir

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən İslamazeri.az-a daxil olan xəbərə görə, şeyxülsilam Allahşükür Paşazadə mayın 3-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcək. Səfərdən məqsəd Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş «Bayraqlı Cami» məscidinin və «Müqəddəs Petka» kilsəsinin açılış mərasimlərində iştirak etməkdir. Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeyin də Belqrada səfər edəcək.


Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksək səviyyəli hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2012  22:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!