إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Paris yaxınlığındakı məscidə qarşı təhqiramiz hərəkətlər edilib

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə “Agence France-Presse” şəhərin meriyasının rəsmi Facebook səhifəsinə istinadən məlumat yayıb.

Cinayətkarlar səhər tezdən əraziyə gəldikləri avtomobili məscidin giriş qapısına çırparaq sındırıblar. İçəri daxil olan şəxslər gətirdikləri yanğınsöndürmə qurğusu ilə məscidin içərisinə, xüsusən ibadət zalına odsöndürən məhlul töküblər.

Преступники протаранили ворота мечети

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma başladılıb.

Agentlik Daxili İşlər Nazirliyinin məlumatına istinadn xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyaların sayı 54 faiz artıb.

1

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2020  10:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!