Şəhid ustad Mütəhhərinin ölümünün ildönümü ilə bağlı “Tabnak” saytı alimlə bağlı bəzi xatirələri dərc edib.
Hüccətülislam Əli Divani xatırlayır: “Ustad bəzi alimlərin sadəlövlüyünə və bəzi qinqilabçıların radikallığına müxalif idi”. Onun sözlərinə görə, bir gün Həzrət Məsumənin pak və mütəhhər hərəmində yerləşən Böyük məsciddə bir qrup din təhsili alan tələbə “Yeganə mərcəyi-təqlid olan İmam Xomeyninin salamatlığına salavat” deyə şüar səsləndirdilər. Ustad Mütəhhəri sərt şəkildə etiraz edərək bildirdi ki, belə şüarlara ehtiyac yoxdur, digər mərcəələri təhqir etmək olmaz.
Doktor Məhəmməd Əsədi Gərmarudi isə deyir ki, tələbəlik zamanı islamçı olduğuna görə şərlənmişdi və universitetdən qovulmaq təhlükəsi ilə üzləşmişdi. Ustad Mütəhhəri yeganə şəxsi idi ki, onun sözü əsasında Gərmarudiyə heç bir şey etməyəcəkdirlər. Lakin, ustad hadisə yerində olmadığını və hadisədən xəbərsiz olduğunu bildirərək dedi ki, hətta düzgün hədəf üçün yalan danışmaq, batil üsula əl atmaq olmaz.
Hüccətülislam Seyyid Hadi Xosrovşahi xatirələri ilə bölüşərək deyir ki, inqilabdan sonra təsis edilən müvəqqəti kabinetə mərhum mühəndis Bazarqan başçılıq edirdi. Həmin kabinetdə vaxtılə İslama müxalif bir şəxs də yer almışdı, lakin müvəqqəti hökumətin üzvü olan Mütəhhəri ağa buna qarşı çıxmamışdı. Ondan etirazsız qalamsının səbəbini soruşduqda, bildirdi ki, etiraz etmək istədi, lakin birdən düşündü ki, bu Allaha xatir edilən etiraz deyil və çəkindi. Digər yandan Mütəhhəri bilirdi ki, Ayətullah Taliqani həmin namizədə səs verməmək üçün digər hökumət üzvlərinə kifayət qədər dəlil gətirmişdi. Lakin, heç kəs buna əhəmiyyət vermədi. Ustad Mütəhhəri də düşündü ki, işin əvvəlində ixtilafı şişirtmək düzgün deyil.