إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

200 İraqlı İmam Rzanın (ə) ziyarətinə piyada yollanacaq

200 iraqlı zəvvar İmam Rzaya (ə) öz məhəbbətini izhar etmək məqsədilə İranın müqəddəs Məşhəd şəhərinə piyada yola düşəcəklər. “Shia-online” xəbər verir ki, İraqın müxtəlif şəgərlərindən olan zəvvarların piyada ziyarətini “Ənsarul-vilayət” heyəti təşkil edəcək. Mərhum mərceyi-təqlid Ayətullahul-uzma Abdullah Şirazinin hüseyniyyəsində cəmləşən zəvvarlar onun oğulları ilə görüşüblər. Qərara alınıb ki, iraqlı zəvvarlar İran-İraq sərhəddində yerləşən Mehran şəhərindən müqəddəs Məşhədə piyada yola düşsünlər. Onu qeyd edək ki, İraq ərazisində terror aktı təhlükəsi olduğundan həm yerli, həm xarici zəvvarların həyatı daim təhdidlə üzləşir. Heyət üzvləri bildiriblər ki, müqəddəs torpaqlar vəhhabilərin xürafat inancları əsirliyindən azad olduqdan sonra, onlar Həzrət Rəsuləllah (s), Həzrəti Fatimə (s) və Bəqi imamlarının (ə) da ziyarətinə ayaqla yola düşəcəklər. 

Görüşdə iştirak edən Ayətullah Seeyid Məhəmməd Əli Şirazi gənclərin belə təşəbbüsünü təqdir edərək, məsumların pak və müqəddəs hərəmlərinə piyada səfər etməyin önəmini vurğulayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2012  20:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!