|
• DünyadaNəcəfdə Qarabağ şəhidlərinin anım mərasimi keçirildi (FOTO)
Ötən gün İraqın müqəddəs Nəcəf şəhərində Qarabağ şəhidlərinin anım mərasimi keçirilib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, Anım mərasimi İraq televiziyaları və İraq KİV-ində işıqlandırılıb. Nəcəf şəhərindəki Əhli-beyt hüseyniyyəsində baş tutmuş tədbirdə İraq dini mühitinin görkəmli şəxsləri, elm xadimləri, ictimaiyyət və KİV nümayəndələri, şəhər sakinləri, İraqda təhsil alan xarici tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi haqqında məlumat vermiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıblar. Tədbirdə Azərbaycan Ordusunun Qarabağ torpağını azad etmək uğrunda apardığı şanlı mübarizədən söhbət açılıb, Gəncə və Bərdə şəhərlərinin ermənilər tərəfindən atəşə tutulması, nəticədə onlarla dinc sakinin qətlə yetirilməsi də qeyd olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan qədimdən bəri böyük alimlərin vətəni olmuşdur, repressiya illərində onların böyük hissəsi məhv edilsə də bir çox alimlərimiz dünyanın müxtəlif bölgələrində, o cümlədən, Nəcəf dini elmlər mərkəzində uğurla tədris və təhsil fəaliyyəti göstərmişlər. Eləcə də Azərbaycan Ordusunun işğal altında olan tarixi abidələrin, ermənilərin hətta donuz saxladıqları məscidlərin azad edilərək təmizləndiyi və hal-hazırda bu məkanların ibadət üçün bərpa olunduğu nəzərə çatdırılıb, gələcəkdə isə onların hamısının yenidən təmir olunacağı Azərbaycan Prezidenti tətəfindən elan olunubdur. Tədbirdə Nəcəf dini elmlər mərkəzinin görkəmli alimləri, ali səviyyəli din xadimləri, dünyanın müxtəlif ölkələrindən burada dini təhsil alan tələbələr, İraqın türkmən icmasının üzvləri, İraqın nüfuzlu müctəhidlərinin ailə üzvləri və nümayəndələri, Kufə Universitetinin elmi heyəti, İraqda məskunlaşmış ərəb qəbilələrinin başçıları iştirak ediblər. Anım mərasimində Nəcəf şəhərinin məşhur din xadimləri, Nəcəf hövzəsinin tanınmış ustadları, universitet müəlimləri və başqaları çıxış etmişlər. Çıxış edənlər Azərbaycan xalqının qələbə sevincinə şərik olduqlarını bildirərək, şəhidlərin ruhuna rəhmət oxuyub, yaralılara şəfa diləyiblər. Qeyd edilib ki, bu tədbir müsəlman həmrəyliyinin bariz nümunəsidir və Nəcəf dini elmlər mərkəzi İslam həmrəyliyi ənənəsini davam etdirərək Azərbaycan xalqının yanında olduğunu bir daha bəyan edir. Tədbirdə Qarabağın birmənalı olaraq Azərbaycan torpaqları olması vurğulanıb, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş bir şox hərbçilərin, o cümlədən, Mübariz İbrahimov, general Polad Həşimov, Şükür İlyasov, Tərlan Quliyev, Cəbrayıl Dövlətzadə, Elməddin Vəlişov, Maarif Səfərov və başqalarının şəkilləri tədbirin keçirildiyi məkanda nümayiş etdirilib. Anım mərasiminə aid plakatlardan birinin üzərində bu sözlər yazılıb: “Azərbaycanın qələbəsi və İslam torpaqlarının Azərbaycan Ordusunun qanı bahasına qaytarılması bütün müsəlmanların qələbəsidir!” İraqdakı silsilə tədbirlərin yaxın günlərdə davam etdiriləcəyi nəzərdə tutulur. O cümlədən, Kərbəla şəhərində, İmam Hüseynlə(ə) Həzrət Əbəlfəzl-Abbasın müqəddəs məzarları arasındakı “Beynul-hərəmeyn” adlanan ərazidə Qarabağ şəhidlərinin portretlərini əks etdirən plakatların nümayiş etdirilməsi planlaşdırılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2020 12:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |