|
|
İşğaldan azad olunan Xocalı və Xocəvənd rayonları ərazisindəki iki kəndin adı dəyişdiriləcəkMilli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə işğaldan azad olunan Xocalı və Xocəvənd rayonları ərazisindəki iki kəndin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi daxil edilib. Ahlibeyt.az-ın Milli Məclisin saytına istinadən məlumatına görə, iclasın gündəliyinə Xocalı rayonunun Quşçubaba kəndinin və Xocavənd rayonunun Tsakuri kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi daxil edilib: - “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə. - “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə. Məlumata görə, sabah keçiriləcək iclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2020 11:42 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |