
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə işğaldan azad olunan Xocalı və Xocəvənd rayonları ərazisindəki iki kəndin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi daxil edilib.
Ahlibeyt.az-ın Milli Məclisin saytına istinadən məlumatına görə, iclasın gündəliyinə Xocalı rayonunun Quşçubaba kəndinin və Xocavənd rayonunun Tsakuri kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi daxil edilib:
- “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
- “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Məlumata görə, sabah keçiriləcək iclasın gündəliyinə ümumilikdə 11 məsələ daxil edilib.