|
Azıx mağara düşərgəsində aparılmış qanunsuz arxeoloji qazıntı işlərinə hüquqi qiymət verilməlidirErmənistan təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirmişdir. Ermənistan Respublikası beynəlxalq hüquqa, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan Respublikasının ərazilərində arxeoloji qazıntı işləri aparmışdır. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyi mətbuat xidməti açıqlama verib. Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilmişdir. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alınması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2020 12:10 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |