|
• DünyadaAzərbaycanın şanlı Qələbəsi Səudiyyə Ərəbistanının nüfuzlu qəzetlərinin səhifələrindəSəudiyyə Ərəbistanının nüfuzlu qəzetləri Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistanın müharibədə təslim olması barədə məqalələr yayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, ingilis dilində nəşr edilən “Arabnews” qəzetinin birinci səhifəsində dərc olunmuş “Azərbaycan öz Qələbəsini elan etdi” sərlövhəli məqalədə xalqımızın şanlı Qələbəmizi bayram etməsindən, Yerevanda isə əhalinin Paşinyan hakimiyyətinə qarşı üsyana qalxmasından yazılıb. Müəllif vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan bəyanatdan sonra öz xalqına müraciət edən Prezident İlham Əliyev Azərbaycana məxsus torpaqların 30 ildən sonra azad olunduğunu bildirib. “Əl-Cəzirə” qəzetində də Azərbaycanın tarixi Qələbəsi haqqında məqalə dərc olunub. Yazıda qeyd edilib ki, Moskvanın vasitəçiliyi ilə müharibənin dayandırılması Ermənistanın tam məğlubiyyətindən sonra baş verib. Müəllif yazır ki, iqtisadi və hərbi gücü olmayan, eyni zamanda, işğal etdiyi əraziləri azad etməkdən boyun qaçıran Ermənistan qüdrətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2020 09:55 ⁄ Çap
Bu bölmədə21 Yanvar, 2021 İran xarici işlər naziri Azərbaycana səfər edəcək21 Yanvar, 2021 Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib16 Yanvar, 2021 Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib |
Xəbər lenti
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
21 Yanvar, 2021 09:42
20 Yanvar, 2021 12:18
20 Yanvar, 2021 09:44
18 Yanvar, 2021 10:50
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |