|
• Dünyadaİran mətbuatı Azərbaycanın Qarabağdakı Qələbəsini geniş işıqlandırıbİran mətbuatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanat barədə xəbərlərə geniş yer ayırıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, İranın İSNA, İRNA, Mehr, İLNA, “Tehran Times”, “Tasnim” saytları Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizədə qalib gələrək Ermənistanı sülhə məcbur etdiyini bildiriblər. İran mətbuatı Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkədə paylaşdığı statusa toxunub. Materiallarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirərək işğal altındakı torpaqları azad etdi. Materiallarda Prezident İlham Əliyevin xalqa müraciətindən sitat da gətirilib: “Paşinyan bəyanatı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu sayəsində imzaladı”. İran mediası Ermənistanda baş verən hadisələrə də toxunub. Qeyd olunub ki, Ermənistanda xaos hökm sürür. Şəhid anaları və yaxınları parlamentə hücum edərək qanunverici orqanın binasını dağıdıblar. Ermənistanda baş nazir N.Paşinyanın istefası tələb olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Noyabr, 2020 10:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |