إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hər vaxt ruhani gördükdə deyəcəklər ki, bunlar idmanla düşməndilər

Hüccətül-İslam Möhsün Qiraəti şirin bir xatirə rəvayət edərək buyurur ki, inqilabdan öncə Kerman şəhərinə din təbliğ etməyə getmişdim. Günlərin birində bir məktəbə din barədə söhbət etməyə dəvət edilmişdim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çalaraq uşaqları cəm edərək elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutaraq uşaqların hazır olduqlarını bildirdi ki, söhbət etməyə başlayım.

Söz ki, mənə verildi, dedim: "Bismillahir-rəhmanir-rəhim. İslam dini idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam. Gedin idman etməklə məşğul olun".

Uşaqlar dağılışandan sonra məktəb direktoru mənə dedi: "Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz". Cavabında dedim: "Əslində siz istəyirdiniz məni pis vəziyyətə salasınız. Uşaqları idman etməkdən ayıraraq söhbətlərimə qulaq asmaqla, siz Qiyamət gününədək bu uşaqlarda ruhanilərə qarşı nifrət oyadacaqdınız. Əgər uzun-uzadı din barədə danışmış olsa idim, hər vaxt ruhani gördükdə deyəcəklər ki, bunlar idmanla düşməndilər".

Elə bu barədə danışırdıq ki, uçaqlar mənə yaxınlaşaraq soruşdular: "Siz axşamlar hansı məsciddə olursunuz?" Məscidin ünvanını verdim. Axşam məsciddə minbərə çıxdıqda həmin uşaqların məsciddə hazır olduqlarını gördüm.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2012  03:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!