|
• DünyadaATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıbOktyabrın 30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda və birlikdə görüşüblər. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və BQXK Prezidenti Peter Maurer ilə də məsləhətləşmələr aparılıb. Görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib. Qarşılıqlı məsləhətləşmələrin nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İgor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Andre Şofer) bəyanat yayıblar. Həmsədrlər bir daha tərəfləri oktyabrın 17-si Paris və Oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 Oktyabr Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar. Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən, tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı oldular. Razılaşmanın bəndləri: - Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaq; - Tərəflər, BQXK və ATƏT-in şəxsi nümayəndəsinə asanlaşdırma üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların bərpası və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər; - Tərəflər bir həftə ərzində BQXK və ATƏT-in şəxsi nümayəndəsinə giriş və nəticədə mübadilə təmin etmək məqsədi ilə saxlanılan əsirlərin siyahısını çatdıracaqlar; - Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər. Qeyd edək ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlar mövqelərin aydınlaşdırılmasına yönəlik açıq və əsaslı fikir mübadiləsi aparıblar. Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2020 08:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |