إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəməndə yüz mindən çox insanın iştirakı ilə Məhəmməd Peyğəmbərin mövludu qeyd edilib - FOTO

Yəməndə husilərin nəzarətində olan paytaxt Sənada yüz mindən çox insan Məhəmməd Peyğəmbərin mövlud mərasiminə qatılıb.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, ötən gün Yəmənin paytaxtı Səna şəhərinin mərkəzi Səbin adlı meydanı Məhəmməd Peyğəmbərin mövluduna şahidlik edib.

Bu mövlud tədbirində xüsusilə Fransa prezidenti Emanuel Makrona qarşı islamofob mövqelərinə görə kəskin çıxışlar edilib və şüarlar səsləndirilib.

Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husi çıxışında Fransa prezidenti Emanuel Makronun söz azadlığı məsələsində ikili standartlı yanaşdığını deyib.

Qeyd edək ki, Əbdül-Məlik Əl-Husi müsəlman dünyasında intensiv müdaxilələrə görə və silahları sataraq müharibələrin qızışdırılmasına görə ABŞ və bəzi Qərb ölkələrini tənqid atəşinə tutub.

1

1

1

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2020  09:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!