إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ceyhun Bayramov Trampın köməkçisi ilə Qarabağı müzakirə edib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

Ahlibeyt.az-ın xəbərinə görə, XİN-dən mətbuata verilən açıqlanmaya əsasən, nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ABŞ-da rəsmi səfərdə olan Azərbaycan XİN rəhbərinin ayrı ayrılıqda ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

Məlumata görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyla görüşüb.Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, dövlət katibi XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşüb. Görüşlər zamanı mülki şəxslərin qorunmasının vacibliyi vurğulanıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2020  08:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!