|
|
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlibTürkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Mustafa Şəntopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanında TBMM-nin sədri Mustafa Şəntop KİV nümayəndələrinə Azərbaycan Respublikasına səfərin məqsədi barədə açıqlama verib. Səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2020 16:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |