18 Oktyabr, 2020
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Mustafa Şəntopu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanında TBMM-nin sədri Mustafa Şəntop KİV nümayəndələrinə Azərbaycan Respublikasına səfərin məqsədi barədə açıqlama verib.

Səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10464.html