|
• DünyadaSEPAH generalı: “Qarabağ Azərbaycan torpağıdır”“Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib. SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə "Dağlıq Qarabağ" bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir: “Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına, xüsusən də bu bölgədəki şiələrə məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”. General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib: “Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2020 11:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |