إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan bəyanat qəbul edib

Qərargahı Qətərin paytaxtı Doha şəhərində yerləşən, özündə 93 ölkədən on minlərlə müsəlman alimi və onlarca İslam alimləri birliklərini cəmləşdirən “Müsəlman Alimlərinin Beynəlxalq Birliyi” təşkilatı oktyabrın 10-da Ermənistanın təcavüzkar əməllərini qınayan və onu Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilməyə çağıran bəyanat qəbul edib.

Ahlibeyt.az-ın xəbərinə görə, ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda təşkilat Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini və hərbi təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç vaxt Ermənistana ərazisi olmadığını vurğulayıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanı işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və sair beynəlxalq qurumların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa istinad edilərək, Ermənistanın işğalçı və təcavüzkar dövlət hesab olunur.

Təşkilat Ermənistanı işğal etdiyi ərazilərdən dərhal geri çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb. Həmçinin sülhün və əmin-amanlığın bərqərar olması üçün tərəflər döyüşləri dayandırmağa çağırılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2020  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!