إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hulusi Akar: “Yerevan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Ahlibeyt.az-ın xəbərinə görə, Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, tərəflər Ermənistanın Azərbaycana təcavüzü məsələsini müzakirə ediblər.

Məlumata görə, H.Akar S.Şoyquya mülki əhaliyə hücum edən Ermənistanın buna son verməsi və işğal etdiyi ərazilərdən çıxarılmasının vacib olduğunu bildirib.

"Ermənistan humanitar barışıq rejimini pozur. Yerevan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Bakı ədaləti daha  30 il gözləyə bilməz. Türkiyə Azərbaycan tərəfinin ədalətli mövqeyini dəstəkləməyə hazırdır", - deyə türkiyəli nazir bildirib.

Telefon danışığı zamanı İdlib və Liviyada müdafiə və təhlükəsizlik məsələlərinə dair də fikir mübadiləsi aparılıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2020  10:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!