|
• DünyadaİƏT münaqişənin BMT-nin qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyən açıqlama yayıbErmənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmaqla və mülki şəxslərin tələfatına səbəb olmaqla Dağlıq Qarabağ regionunda Azərbaycan Ordusuna qarşı hücumlarının və hərbi əməliyyatların İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi tərəfindən izlənilməsinin davamı olaraq, Baş Katiblik atəşkəsin əldə olunmasının əhəmiyyətini bir daha vurğulayır. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTA-a bildiriblər ki, Baş Katiblik tərəfləri BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, birbaşa dialoq vasitəsilə münaqişənin sülh yolu ilə həllinə çağırır. Baş Katiblik əvvəlki bəyanatında Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirib, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə və qərarlarını xatırladıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çəkilməsini tələb edib, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında iki ölkə arasındakı münaqişənin siyasi həllinin dialoqdan keçdiyini bəyan etmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2020 20:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |