إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

Türk Şurasının baş katibi Bağdad Əmreyev Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliklə əlaqədar bəyanat yayıb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd edilir ki, Türk Şurasının Baş katibi Bağdad Əmreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki silahlı qarşıdurmadan dərin narahatlıq hissi keçirir.

"Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyir,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində dərhal həll olunmasının vacibliyini vurğulayır.

Türk Şurası, BMT Təhlükəsizlik Şurasının  1993-cü ildə qəbul edilmiş qətnamələri əsasında, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə geri çəkilməsini tələb edir", bəyanatda deyilir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2020  10:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!