إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İdlibdə “Cəbhatan-Nusra”ya aviazərbələr endirilib, 11 qruplaşma üzvü zərərsizləşdirilib

Suriya Ordusu İdlib əyalətində əl-Qaidənin Suriya üzrə sabiq qanadı “Cəbhatan-Nusra”ya şiddətli hava zərbələri endirib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Suriya mətbuatına istinadla xəbər verir ki, hava zərbələri İdlib şəhərinin qərb nahiyəsinə endirilib.

Bu hava zərbələri “Cəbhatan-Nusra”nın (digər adı Heyət Təhrir-Şam) bir qərargahı və toplantısını hədəfə alıb.

Hava zərbələri nəticəsində “Cəbhatan-Nusra”nın komandirləri və fəal üzvlərindən 11-nin zərərsizləşdirildiyi qeyd edilib.

Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi və anlaşmasından sonra bölgədə atəşkəs elan edilib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2020  10:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!