
Suriya Ordusu İdlib əyalətində əl-Qaidənin Suriya üzrə sabiq qanadı “Cəbhatan-Nusra”ya şiddətli hava zərbələri endirib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Suriya mətbuatına istinadla xəbər verir ki, hava zərbələri İdlib şəhərinin qərb nahiyəsinə endirilib.
Bu hava zərbələri “Cəbhatan-Nusra”nın (digər adı Heyət Təhrir-Şam) bir qərargahı və toplantısını hədəfə alıb.
Hava zərbələri nəticəsində “Cəbhatan-Nusra”nın komandirləri və fəal üzvlərindən 11-nin zərərsizləşdirildiyi qeyd edilib.
Qeyd edək ki, cari ilin martında Rusiya və Türkiyənin vasitəçiliyi və anlaşmasından sonra bölgədə atəşkəs elan edilib.