إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

UNİCEF dünyada tədris prosesinin bərpası təşəbbüsünü dəstəkləyir

Beynəlxalq təşkilatın nümayəndəliyində Təhsil Nazirliyinin Azərbaycan hökumətinə təklif etdiyi modeli hərtərəfli düşünülmüş və ən rasional model hesab edirlər.

Bütün təhlükəsizlik tədbirlərinə riayət etmək şərti ilə məktəblərin açılması, koronavirus infeksiyanın birbaşa artmasına səbəb olmayacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Sputnik Azərbaycan-a müsahibəsində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil proqramlarının rəhbəri Leyla Həsənova bildirib.

Bu müşahidə məktəbləri 2020-ci ilin may ayından etibarən işləyən Asiyadakı Çin, Cənubi Koreya, Sinqapur kimi ölkələrin təcrübəsi əsasında həyata keçirilir.

"Məktəblərin açılması virusun yayılmasına cüzi təsir göstərə bilər, amma güclü lokal yayılmalar mümkündür. Bəzi ölkələrdə bu, yerli xarakterli yayılmaya gətirib çıxarıb. Belə olan halda həmin məktəblər karantinə bağlanıb və sonra yenidən açılıb", - deyə ekspert qeyd edib.

"Konkret götürülmüş bir məktəbdə infeksiyanın birdən-birə artması ölkədə bütün məktəblərin bağlanmasına gətirib çıxarmamalıdır", - deyə o, bildirib və qeyd edib ki, belə qərarları yerli səviyyədə qəbul etmək lazımdır. Hətta sonuncu müsahibəsin təhsil naziri Emin Əmrullayev belə Azərbaycanda bütün məktəblərin bağlanmasından söhbət gedə bilməyəcəyini deyib.

Əgər sinifdə şagird xəstələnərsə, bütün təhsil müəssisəsi iki həftə müddətində distant təhsilə keçə bilər. Əgər başqa siniflərdə xəstə olmayacaqsa, bəlkə də yalnız bir sinif təcrid olunacaq. UNİCEF-in özü bütün dünyada tədris prosesinin bərpası təşəbbüsünü dəstəkləyir. Həsənova bildirib ki, məktəblərin bağlanması təhsil vərdişinin itirilməsinə gətirib çıxara bilər və bəzən bu problemləri aradan qaldırmaq üçün illər tələb olunur.

Lakin tədris müəssisələrinin açılması hər bir ölkədə sanitar-epidemioloji şəraiti nəzərə almaqla mümkündür. "Distant təhsil heç vaxt ənənəvi təhsil formasını əvəz edə bilməz, baxmayaraq ki, dünyada məktəblərdə distant təhsilin effektivliyi ilə bağlı az araşdırma aparılıb. Uzunmüddətli perspektivdə ən məhsuldar forma ənənəvi və distant təhsilin simbiozu olacaq", - UNİSEF nümayəndəsi bildirib.


UNİCEF-in məlumatına görə, dünyada pandemiya dövründə universal təhsil modeli yoxdur. Müxtəlif ölkələrdə məktəblər mərhələli şəkildə açılır. Koronavirus infeksiyasının minimal yayıldığı yerlərdə məktəb ənənəvi formatda öz fəaliyyətini bərpa edir. Lakin yoluxma çox olan yerdə uşaqlar dərslərə yalnız müəyyən günlərdə gedirlər, Azərbaycanda da bunu etmək niyyətindədirlər.


Beynəlxalq təşkilatın nümayəndəliyində Təhsil Nazirliyinin Azərbaycan hökumətinə təklif etdiyi modeli hərtərəfli düşünülmüş və ən rasional model hesab edirlər. Çünki məktəblərin tam açıldığı bəzi ölkələrdə sonradan təhsil ocaqlarını lokallaşdırmaq lazım gəlib.


Məktəblərin açılmasının əsas şərti məktəblilərin və müəllimlərin təhlükəsizliyinin təmin olunmasıdır. UNİCEF dörd prinsipə riayət etməyi tövsiyə edir: təhlükəsizlik və sağlamlıq; hər bir uşaq üçün təhsilin əlçatanlığı; davamiyyətin monitorinqi və təhsilin keyfiyyəti. Həsənova qeyd edir ki, şagirdlərin heç də hamısı yeni fənləri səmərəli mənimsəyə bilməyəcək. Daim müvəffəqiyyətin dərəcisini öyrənmək, geriləyənləri aşkarlamaq və əlavə məşğələlərə cəlb etmək lazımdır.


Uşağın psixoloji durumu da az əhəmiyyət kəsb etmir: beynəlxalq təşkilatda uzun müddət karantindən sonra uşaqlar arasında dərin depressiyanın inkişafından da çəkinirlər. Onlardan bəzilərinə ixtisaslı mütəxəssis yardımı lazım ola bilər. Müəllimlər üçün uşaqlara psixoloji dəstək sahəsində metodik vəsaitlər işlənilir. Təşkilatın nümayəndəsi bildirib ki, 2020-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanın məktəb müəllimlərinin uşaqlarda stress əlamətlərinin aşkarlanmasını öyrənmək məqsədilə treninqlərə cəlb olunması planlaşdırılır.

Dərslərin başlanmasından əvvəl həll edilməli olan başqa bir vəzifə kompüter texnologiyalarının tətbiqi bacarıqlarının artırılmasıdır. Karantin göstərib ki, regionlarda bəzi müəllimlər, xüsusilə də yaşlı insanlar kompüterdən necə istifadə etməyi bilmirlər. Onlara müasir texnologiyalardan istifadəni, distant təhsil platformalarında necə işləməyi və əlavə olaraq, uzaqdan tədris metodikası üzrə yeni vərdişlər qazanmağın yollarını izah etmək lazımdır.

lAzərbaycanda tədris ili sentyabrın 15-də start götürəcək, lakin ənənəvi məşğələlərə məktəblilər noyabrdan tez qayıtmayacaqlar.

Məktəblilərin və tələbələrin əsas hissəsi sentyabr-oktyabr aylarında distant təhsil alacaq. Sentyabrın 15-dən yalnız ibtidai sinif şagirdləri dərslərə başlayacaqlar. Onların məktəb məşğələləri həftədə yalnız iki-üç dəfə olacaq, qalan vaxtlarda isə onların onlayn dərs alması planlaşdırılıb. Eyni zamanda, uşaqların məktəbə gedib-getməməsini valideynlər özləri həll edəcəklər.


Əgər hər hansı bir təhsil müəssisəsində COVID-19 halı aşkarlanarsa, burada təhsil dərhal məsafədən rejimə köçürüləcək.


Yuxarı sinif şagirdləri oktyabrın 1-dən etibarən parta arxasında otura biləcəklər.

Bu cür test rejimində tədris ili noyabrın 2-dək davam edəcək, bundan sonra epidemioloji vəziyyət nəzərə alınmaqla yeni qərar qəbul ediləcək.





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2020  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!