إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mətbuat bizim dediklərimizin tam əksini çatdırır

Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bu gün cümə xütbəsində bir daha aksiyalara davam deyib.

Şeyx İsa Qasim Cümə xütbəsində mətbuatı hədəf alaraq deyib ki, bu gün mətbuatımızda hallala haram, düzgünlüklə yalan bir-birinə qatışmışdır. Hətta deyərdim ki, yalan və haram düzgünlük və halalın yerini tutmuşdur.

Sözlərinə dəlil kimi Şeyx İsa Qasim bildirib ki, biz hər bir müsəlmanın canına, malına və qanına ehtiram göstərməklə, aksiyaların məhz bu yöndə davam etməsini bildirdiyimiz halda bir neçə saat sonra mətbuat bunun əksini yayır və deyir ki, biz qan tökməyə və fəsad etməyə dəvət edirik. Ümumiyyətlə, bu minbərdən hər nə deyiriksə, mətbuat o sözlərin tam əksini yaxud təhrif variantını çatdırır. Düzdür, dövlətə tabe olan mətbuatdan başqa şey gözləməyə də dəyməz deyən xətib bildirib ki, amma ən təəccüblüsü isə bəzilərinin bu məlumatlara inam bəsləməsidir.

Şeyx İsa Qasim daha sonra xarici işlər nazirinin onu təqvaya dəvət etməsinə münasibət bildirərək deyib ki, dövlət rəsmilərindən biri məni təqvaya dəvət edib ki, mən bu tövsiyəni qəbul edirəm və bildirirəm ki, hər bir şəxsin təqvaya ehtiyacı vardır. Amma sual verirəm: öz millətini əzmək, xarici qüvvələri pul verib öz xalqına qarşı istifadə etmək, zindanlarda məhbuslara işgəncə etmək və milləti zəhərli qazlarla qətlə yetirmək məgər təqvadır? Rejimin cavab verə bilmədiyi bu kimi suallar çoxdur. Bizim fikrimizcə isə bu zülm və sitəmdir.

Şeyx İsa Qasim bildirib ki, fikrimizcə ən düzgün qanunlar ilahi qanunlardır. Amma hökümət mövcud qanunvericiliyə belə riayət etmir və yalnız öz qüdrətini qorumaq peşindədir. Bizim sözümüz isə budur ki, bu hökümət xalqa mənsub olmalıdır və heç bir tayfa və yaxud fərd bu ölkəyə sahib olmamalıdır. Bu isə o zaman mümkün olacaq ki, hər bir vətəndaş bir səs hüququna malik olsun.

Sonda Şeyx İsa Qasim xalqı bir daha dinc aksiyalara davam etməyə səsləyərək Bəhreyn xalqından xahiş edib ki, aksiyaları dinc şəkildə həyata keçirsinlər və müsəlmanların ehtiramını qorusunlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2012  05:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!