|
• DünyadaBMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür edibBMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Ahlibeyt.az-ın İnterAz-a istinadən xəbərinə görə, Ticani Məhəmməd-Bande deyib ki, pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsi təklifi bu təhlükəyə qarşı beynəlxalq səylərin səfərbər edilməsi üçün möhkəm əsasdır: “Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq”. BMT Baş Assambleyasının rəhbəri qeyd edib ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya qarşı nəticələrə əsaslanan cavab tədbirlərində daha çox iştirakını təmin edəcək: “Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2020 10:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |