إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Terrorçular atəşkəsə məhəl qoymurlar

Dünən səhər saat 06:00-dan qüvvəyə minən atəşkəsə Suriya hökümətinin silahlı qüvvələri riayət etsələr də, silahlı dəstələr riayət etmirlər.

Bildirilir ki, Türkiyədən İdlib səmtində Suriyaya keçmək istəyən bir qrup yaraqlı Suriya sərhədçilərinin müqaviməti sayəsində geri çəkilməli olublar. Həmçinin İdlib əyalətində aksiya keçirən dinc müxalifətçilərə açılan atəş nəticəsində bir nəfər həyatını itirib və bir neçə nəfər ağır yaralanıb.

Hama şəhərində Suriya ordusunun mayoru Musa Tamər Yusifə qarşı terror törədilib və nəticədə o həyatını itirib. Bundan başqa Hama şəhərində bir nəfər mülki vətəndaş terrorçuların açdığı atəş nəticəsində dünyasını dəyişib.

Hələb şəhərində isə təhlükəsizlik qüvvələrinə açılan atəş nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Bundan başqa Hələbdə terrorçuların quraşdırdığı partlayıb ki, xoşbəxtlikdən tələfat olmayıb.

sana.sy

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2012  01:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!