|
• Dünyada“Aya-Sofya”ya hicabsız, qısa və ya dekolte geyimdə daxi olmaq qadağan olunduMuzey statusu dəyişdirilərək məscidə çevrilən Ayasofyaya hicabsız, qısa və ya dekolte geyimdə girməyə icazə verilməyəcək. Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, 86 il muzey statusu daşıyan "Aya-Sofyanın" məscidə çevrilməsi ilə bu ibadət ocağına giriş üçün yeni geyim qaydaları tətbiq olunmağa başlanılıb. Bunun üçün məscidin girişində müvafiq geyim qaydalarını əks etdirən stendlər quraşdırılıb. Qaydalarda məscidə hicabsız, qısa və ya dekolte geyimdə daxil olmağın qadağan olduğu bildirilir. Ayasofya məscidini ziyarət etmək istəyənlər üçün məscidin girişində turistlərə kombinezon və hicab paylanılır. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. “Aya-Sofya” 2020-ci il 24 iyul tarixində ibadətə açıq elan olunub.Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 86 il sonra ilk dəfə qılınacaq cümə namazında iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2020 16:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |