إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsi

Tarixçilərin qeydlərinə görə, imam Hüseyn (ə) 60-cı hicri-qəməri ilinin Şəban ayının 3-ü babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb, gecə ikən Mədinəni tərk edərək Məkkəyə doğru yola düşür.

Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir: “Mən təkəbbürlülük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babamın və atam Əli ibn Əbutalibin (ə) sirəsinə uyğun hərəkət etmək istəyirəm...”

İmam Hüseynin (ə) Məhəmməd Hənəfiyyəyə tarixi vəsiyyətnaməsi:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ هَذَا مَا أَوْصَى بِهِ الْحُسَيْنُ بْنُ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ إِلَى أَخِيهِ مُحَمَّدٍ الْمَعْرُوفِ بِابْنِ الْحَنَفِيَّةِ أَنَّ الْحُسَيْنَ يَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ جَاءَ بِالْحَقِّ مِنْ عِنْدِ الْحَقِّ وَ أَنَّ الْجَنَّةَ وَ النَّارَ حَقٌّ وَ أَنَّ السَّاعَةَ آتِيَةٌ لا رَيْبَ فِيها وَ أَنَّ اللَّهَ يَبْعَثُ مَنْ فِی الْقُبُورِ وَ أَنِّی لَمْ أَخْرُجْ أَشِراً وَ لَا بَطِراً وَ لَا مُفْسِداً وَ لَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُ لِطَلَبِ الْإِصْلَاحِ فِی أُمَّةِ جَدِّی أُرِيدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ وَ أَسِيرَ بِسِيرَةِ جَدِّی وَ أَبِي‏ عَلِيِّ بْنِ أَبِی طَالِبٍ ع فَمَنْ قَبِلَنِی بِقَبُولِ الْحَقِّ فَاللَّهُ أَوْلَى بِالْحَقِّ وَ مَنْ رَدَّ عَلَيَّ هَذَا أَصْبِرُ حَتَّى يَقْضِيَ اللَّهُ بَيْنِی وَ بَيْنَ الْقَوْمِ بِالْحَقِّ وَ هُوَ خَيْرُ الْحاكِمِينَ وَ هَذِهِ وَصِيَّتِی يَا أَخِی إِلَيْكَ وَ ما تَوْفِيقِی إِلَّا بِاللَّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَ إِلَيْهِ أُنِيبُ

“Bağışlayan və mehriban Allahın adı ilə! Bu, Hüseyn ibn Əli ibn Əbutalibin (ə) İbn Hənəfiyyə kimi tanınan qardaşı Məhəmmədə vəsiyyətnaməsidir. Hüseyn şəhadət verir ki, şəriki olmayan yeganə Allahdan başqa bir məbud yoxdur və Muhəmməd (s) Onun bəndəsi və Onun tərəfindən haqq olaraq göndərildiyi elçisidir. Cənnət və Cəhənnəm haqdır. Şübhəsiz, Qiyamət günü gələcək və Allah-Taala qəbirlərdə olanları qaldıracaqdır. Mən təkəbbürlülük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib yaxşılığa dəvət etmək, babamın və atam Əli ibn Əbutalibin (ə) sirəsinə uyğun hərəkət etmək istəyirəm. Kim mənim haqq sözümü qəbul etsə, Allah onu qəbul etməyə (və mükafatlandırmağa) daha layiqdir. Kim mənim dəvətimi rədd etsə, Allahın mənimlə bu camaat arasında haqq olaraq hökmünü gözləyəcəyəm. O, hökm edənlərin ən yaxşısıdır. Bu mənim sənə olan vəsiyyətimdir, ey qardaş! Mənim uğurum yalnız Allahdandır. Ona təvəkkül edirəm və dönüş yerim Ona tərəfdir".

İmam Hüseyn (ə) vəsiyyətnaməni sona yetirib möhürləyir və qardaşı Məhəmmədə tapşıraraq onunla vidalaşıb Məkkəyə doğru hərəkət edir. ("Məqtəlul-Huseyn", Xarəzmi, c.1, səh.188-189; "Əl-futuh", İbn Əsəm, c.5, səh.33-34 (azacıq fərqlərlə); "Biharul-ənvar", c.44, səh.329-330.)

Ayətullah Məkarim Şirazinin görüşündə Aşura hərəkatına nəzər saldıqda bu məktubda iki mühüm nöqtə qeyd olunmuşdur:

İmam Hüseynin (ə) Yezidə beyətə imtinasından sonra Məhəmməd ibn Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsinin bir hissəsində belə gəlmişdir:

“... إِنَّما خَرَجْتُ لِطَلَبِ الْإِصْلاحِ فِي أُمَّةِ جَدِّي”

“Babamın ümmətini islah etmək məqsədilə qiyam etdim!...”

İmam Hüseynin (ə) aşura qiyamından ilk hədəfi islahat aparmaqdır. “İslah”, “fəsad”ın qarşısında durur, ona ziddir. Fəsad, bir varlığın, ya bir fərdin, ya bir ailənin, yaxud cəmiyyətin, ya da bir ölkənin nəzmini pozmaq, islah isə həmin nəzmi əvvəlki vəziyyətinə qaytarmaqdır . Bir ümmət də iqtisadi, əxlaqi, etiqadi, mədəniyyət və şəfqətə dair məsələlər baxımından fəsada düşə bilər. Bunun islahı qeyd edilən fəsad və pozğunluqları tək-tək aradan qaldırmaq, əvvəlki nəzminə qaytarmaqdır.

İmam Hüseyn (ə), Müaviyə və Yezid hökuməti dönəmində cəmiyyətə yeridilmiş fəsadları islah etmək məqsədilə, Yezidə beyətdən imtina etdi, xalqın fərdi və ictimai həyatına keçmiş lazımi nəzmi qaytarmaqla, Allah Rəsulunun (s) dövründəki xatirə və sünnələri dirçəltmək qərarına gəldi.

İmam (ə) vəsiyyətnaməsində Məhəmməd Hənəfiyyəyə müraciətlə buyurur:

“أُريدُ أَنْ آمُرَ بِالْمَعرُوفِ وَ أَنْهى‏ عَنِ الْمُنْكَرِ”

“Mənim qiyamdan hədəfim yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdir”.

Aşura qiyamının digər hədəflərindən biri, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) sünnəsini diriltməkdir. Bu xüsusda İmam Hüseyn (ə) buyurur:

“ادْعُوكُمْ الى‏ كِتابِ اللَّه وَسُنَّةِ نَبِيِّهِ صلى الله عليه و آله فَانَّ السُّنَّةَ قَدْ امِيتَتْ وَ انَّ الْبِدْعَةَ قَدْ احْيِيَتْ”

“Sizi Allahın kitabına, İslam peyğəmbərinin (s) sünnəsinə (əməl etməyə) dəvət edirəm, ona görə ki, Allah Rəsulunun (s) ərəb olmayan) üstünlüyü, eləcə də yersiz ayrı-seçkiliklərin üzə çıxması İmam Hüseynin qiyamına səbəb oldu. Bu məqsədlə ki, ayrı-seçkilikləri aradan qaldırıb, yerində ədaləti bərqərar etsin".

Lakin müəyyən amillər bu müqəddəs hədəfin gerçəkləşməsinə mane oldu

“Ərbəin” ziyarətində də işarə edildiyi kimi İmam Hüseyn (ə) qiyamının hədəfləri sırasına nadanlıqla mübarizə və xalqın azğınlıqdan nicatı da daxildir sünnəsi öldürüb, bidətlər dirildilib”.

Bu nurlu ifadənin şərhində demək lazımdır ki, Müaviyənin dinə gətirdiyi çoxsaylı bidətlər Peyğəmbər (s) sünnəsini öldürdüyü üçün , həmçinin sərvətmərkəzlik əsasında dəyərlərin dəyişməsi, Müaviyə və Yezid hökuməti prinsiplərinin dünyəvi tamahkarlıq əsasında planlaşdırılması, qəbilə imtiyazları, (əxlaqsız olsa belə) ərəbin əcəmdən (ərəb olmayan) üstünlüyü, eləcə də yersiz ayrı-seçkiliklərin üzə çıxması İmam Hüseynin (ə) Yezidə qarşı qiyamına səbəb oldu. Bu məqsədlə ki, ayrı-seçkilikləri aradan qaldırıb, yerində ədaləti bərqərar etsin.

“Ərbəin” ziyarətində işarə edildiyi kimi İmam Hüseyn (ə) qiyamının hədəfləri xalqın azğınlıqdan nicatı da daxildir:

“وَبَذَلَ مُهْجَتَهُ فيكَ لِيَسْتَنْقِذَ عِبادَكَ مِنَ الْجَهالَةِ، وَحَيْرَةِ الضَّلالَةِ”

“(İmam Hüseyn (ə)) qəlbinin qanını sənin yolunda verdi (və son dərəcə fədakarlıq göstərdi) ki, bəndələrini nadanlıqdan, cəhalət və azğınlıqdan xilas etsin”.

İmam Hüseyn (ə) xalqın oyanışı və agahlığından ötrü qiyam etdi, lakin onların “yuxusu” o qədər dərin, nadanlıqları köklü idi ki, yalnız İmam Hüseyn (ə) və tərəfdarlarının qanı  bu bəla və afəti İslam tarlasından kənarlaşdıra bilərdi.

İmam Hüseyn (ə) qiyamı da, onlar üçün bir imtahan idi, lakin bu imtahandan çox az dəstə üzüağ çıxdı. Gözlənilənin əksinə olaraq, bir çoxları iddialarını doğrultmadılar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2021  11:00 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!