إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Abbas, Hüseyn, Əli kimi şiələrə meyar olan adlı şəxsləri qətlə yetirirlər

Çoxdilli xəbər kanalı olan "Euronews" kanalının Pakistandakı korrespondenti və "İmamia İnternational" jurnalının redaktor müavini Seyyid Səlim Nəqvi iki ay bundan öncə Pakistanda şiələri qətlə yetirən təkfirçilərin əlindən qaçaraq Azərbaycana sığınıb.

Seyyid Səlim Nəqvi qaçmağının səbəbini təkfirçilər olduğunu bildirərək deyib ki, onlar günün günorta çağı küçədə, ofisdə harada oldu şiə tapsalar güllələyirlər. Nəqvinin də şiə jurnalının işçisi kimi orada qalması təhlükəsiz deyil.

Seyyid Səlim Nəqvi bildirib ki, dini zəmində qətliamlar Karaçiyə də sirayət edib. Təkfirçilər şiə ziyalıların "ov" edirlər. Günün günorta çağı camaatı saxlayıb sorğu-sual edirlər. Sorğu-sualdan məqsəd saxladıqları şəxsin şiə olub-olmamasıdır. Əgər həmin şəxs şiədirsə, dərhal qətlə yetirirlər. Dəfələrlə olub ki, silahlılar avtobusu saxlayaraq kişi sərnişinlərdən pasportlarını təqdim etmələrini istəyiblər. Əgər Abbas, Hüseyn, Əli və bu kimi şiələrə meyar olan adlara rast gələrlərsə, həmin şəxsi qətlə yetirirlər. Baxmayaraq ki, həmin əhli-təsənnün də həmin adları öz övladlarına verirlər. Tam əmin olmaları üçün belə adlı şəxslərdən kürəklərini göstərməyi tələb edirlər. Əgər kürəklərində əzadarlıq məclislərinin izini tapırlarsa, yerindəcə öldürürlər. Mənim jurnalist dostumun boğazını Karaçidə məhz belə yoxlamadan sonra kəsiblər. Bütün bunlara baxmayaraq mən Azərbaycanda daimi qalmaq istəmirəm. Vəziyyət sabitləşən kimi Pakistana qayıdacağam.

Seyyid Səlim Nəqvi həyat yoldaşı və dörd övladı üçün çox narahat olduğunu da bildirib. Amma qadınların işi bir az asandır deyən Seyyid Səlim bunu bütün xanımların İslami hicaba riayət etməsilə əlaqələndirib. Amma təəssüflə deyib ki, amma hicab da hər zaman köməyə çatmır və qadınlar və uşaqlar da təkfirçilərin qurbanı olurlar.

Seyyid Səlim Nəqvi ürək ağrısı ilə söyləyib ki, təkfirçilər uşaqlara belə rəhm etmirlər. Uşağı məktəbə göndərirsən amma bilmirsən geri qayıdacaq ya yox. Onlar uşaqları oğurlayır, bellərinə uzaqdan idarə edilən şəhid kəməri bağlayaraq terror aktı zamanı istifadə edirlər. Buna görə valideynlər uşaqlarını yalnız tək məktəbə yola salmırlar. Yalnız məktəblər də təhlükəsiz olmur. Çünki vahhabilər məktəbləri də hədəfə alıb partladırlar. Onlar qızların ümumiyyətlə təhsil almasına qarşıdırlar.

Məscidlərdə də təhlükə ilə üzləşməli olduqlarını bildirən Seyyid Səlim Nəqvi bildirib ki, təkfirçilər məscidləri namaz vaxtı belə partladırlar. Onlar üçün sünni və şiənin fərqi yoxdur. Kim onlarla deyil, düşməndir.

Təkfirçilərin hökümət dəstəyi ilə bunu həyata keçirdiklərini bildirən Seyyid Səlim indiyə kimi parlamentdə dini radikalizmin artmasının qarşısının alınmasına qarşı addım atılmadığını önə çəkib. Nəqvi onların həmçinin ABŞ, Hindistan və İsrail tərəfindən maliyyələşdirildiyini lakin dildə həmin ölkələrin radikal islamçılarla mübarizə apardıqlarını söylədiklərini bildirib.

Sonda Seyyid Səlim Nəqvi deyib ki, pakistanlıların dövlətin ədalətli dövlət quracaqlrına ümidləri qalmayıb. Hal-hazırda onlar xilaskarlarını - Mehdini(ə.f) gözləməkdədirlər. Bunu bütün pakistanlılar söyləməkdədirlər. Çünki müqəddəs kitablara əsasən məhz onun gəlişilə ədalət bərqərar olacaq və Xeyir qüvvələr Şər qüvvələrin üzərində qələbə qazanacaqlar.

vesti.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2012  01:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!