|
• DünyadaNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri G20 liderlərinə müraciət ediblərNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga və Dünya Bankının sabiq Vitse-Prezidenti İsmail Seragəldin, o cümlədən təşkilatın üzvləri Yeni Zelandiyanın sabiq Baş Naziri, Helen Klark, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Belçikanın sabiq Baş Naziri Yves Leterme Böyük Britaniyanın sabiq Baş Naziri Gordon Brounun təşəbbüsü ilə hazırlanan “Dünyanın 200 nüfuzlu liderinin G20 ölkə liderlərinə" adlı müraciətə imza atıblar. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Mərkəzdən APA-ya verilən məlumata əsasən, onlar G20, BVF, Dünya Bankı, regional inkişaf bankları və milli hökumətlərə müraciət ünvanlayaraq, COVID-19 səbəbindən qlobal təhsildə yaranmış fövqəladə hallarının aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıblar. Bəyanatda bildirilir ki, 1 milyarddan çox uşağın təhsili məktəblərin bağlanması səbəbindən yarımçıq qalıb. YUNESKO-nun hesablamalarına görə təxminən 30 milyon uşağın gələcəkdə təhsil almaq taleyi sual altındadır. Təhsilin daha bir vacib tərəfi gənc yeniyetmə qızların erkən nikaha cəlb edilməsinin qarşısını almaqda mühüm əhəmiyyət kəsb edir.
Daha çoxu istismar və təhlükəli əməyə məcbur edilmək riski daşıyan gənc uşaqlardır. Təhsil insan inkişafının demək olar ki, bütün sahələrində - uşağın sağ qalmasından ana sağlamlığı, gender bərabərliyi, iş yerlərinin yaradılması və iqtisadi artım ilə əlaqəli olduğuna görə təhsildə fövqəladə vəziyyətin yaranması illər ərzində 2030-cu il Davamlı İnkişaf Məqsədlərinə nail olmaq perspektivlərini sarsıdacaq və gender bərabərliyi sahəsində olan irəliləməni ləngidəcək. Dünya Bankının hesablamalarına əsasən, təhsilin uzunmüddətli dondurulmasının iqtisadi dəyəri 10 trilyon dollar qədər ola bilər. Bütün bu potensial problemlərin qarşısını almaq məqsədilə dünya liderləri, indi məktəbə qayıtmağa hazırlaşan, yarım il ərzində təhsildən məhrum olmuş milyonlarla uşağın hökumətlərinin yeni proqramlara və düzgün təlimlərə investisiya qoymağa çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2020 12:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |