إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ali mərcəiyyət müsəlmanları Livana dəstək verməyə çağırıb

 

İslam dünyasının iki böyük din alimi müsəlmanları Livan xalqına yardıma çağırıb

İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Livan hökuməti və xalqına başsağlığı verib.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Ayətullah Xameneinin rəsmi twıtter səhifəsində məlumat verilir.

Başsağlığı müraciətində deyilir:

“Biz sarsıdıcı Beyrut partlayışı zamanı baş vermiş fəlakətə görə əziz Livan xalqı ilə həmrəyliyimizi bildiririk. Bu partlayış çox sayda insan ölümünə və yaralanmasına, habelə böyük maddi ziyanla nəticələnib. Belə bir fəlakətə səbr etmək Livanın fəxarətli tarixində qızıl hərflərlə yazılacaq.”

Qeyd eədk ki, İran ötən gün ilk yardım yükünü, tibb işçiləri, xilasedicilər və mühəndislərdən ibarət qrupu Livana göndərib.

Livanda baş verən faciəvi partlayışla bağlı Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası bəyanat verib.

Ayətullah Sistani bəyanat vasitəsilə Livan xalqına başsağlığı verərək, onlara səbr diləyib və xeyirsevər insanları bu ölkə xalqı ilə həmrəy olmağa və onlara imkan daxilində yardım göstərməyə çağırıb:

“Dünyanın xeyirxah insanlarını bu çətin anlarda livanlılarla həmrəy olmağa və bu böyük faciənin təsirini azaltmaq üçün əlində olan bütün imkanları ilə kömək etməyə dəvət edirik.

Mütəal Allahdan faciə qurbanlarına böyük rəhmət, yaxınlarına səbir və əmin-amanlıq, yaralılara şəfa və sağlamlıq arzu edirik. Çünki Allah, Mərhəmət edənlərin ən Mərhəmətlisidir.”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2020  10:46 Çap

Bu bölmədə


Xəbər lenti



21 Sentyabr, 2020  12:25












© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com