|
• DünyadaKərbəla şəhəri tamamilə karantinə alındı
İmam Hüseynin(ə) müqəddəs hərəmi (Astan Quds Hosseini) rəhbərliyi İraqın müvafiq səhiyyə qurumları tərəfindən verilən əmrlərə əsasən Qurban Bayramı camaat namazının bu il keçirilməyəcəyini elan edib. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Müqəddəs Kərbəla şəhərinin qubernatoru Nassif Xattab, koronavirusun epidemiyasının qarşısının alınması üçün görülən profilaktik tədbirlər çərçivəsində bu gecə vilayətdə tam karantin olduğunu elan edib. N.Xəttab açıqlamasında bildirib ki, Kərbəla vilayətindəki bütün nəzarət məntəqələri tamamilə bağlanacaq. Ali Milli Səhiyyə Komissiyasının qərarına əsasən, iyulun 30-dan avqustun 9-dək əyalətdə nəqliyyatın hərəkəti tamamilə qadağan ediləcək. O, həmçinin qeyd edib ki, şəhərin qapıları Ərəfə və Qurban Bayramı günlərində zəvvarlar üçün bağlanıb. Hər il İraqın daxilindən və xaricindən minlərlə insan Kərbəlada Ərəfə günü İmam Hüseyni ziyarət edirdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2020 11:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |