30 İyul, 2020
Kərbəla şəhəri tamamilə karantinə alındı

İmam Hüseynin(ə) müqəddəs hərəmi (Astan Quds Hosseini) rəhbərliyi İraqın müvafiq səhiyyə qurumları tərəfindən verilən əmrlərə əsasən Qurban Bayramı camaat namazının bu il keçirilməyəcəyini elan edib.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Müqəddəs Kərbəla şəhərinin qubernatoru Nassif Xattab, koronavirusun epidemiyasının qarşısının alınması üçün görülən profilaktik tədbirlər çərçivəsində bu gecə vilayətdə tam karantin olduğunu elan edib.

N.Xəttab açıqlamasında bildirib ki, Kərbəla vilayətindəki bütün nəzarət məntəqələri tamamilə bağlanacaq. Ali Milli Səhiyyə Komissiyasının qərarına əsasən, iyulun 30-dan avqustun 9-dək əyalətdə nəqliyyatın hərəkəti tamamilə qadağan ediləcək.

O, həmçinin qeyd edib ki, şəhərin qapıları Ərəfə və Qurban Bayramı günlərində zəvvarlar üçün bağlanıb.   Hər il İraqın daxilindən və xaricindən minlərlə insan Kərbəlada Ərəfə günü İmam Hüseyni ziyarət edirdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10231.html