إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həcc ziyarətinə min zəvvar qatılıb - Video

Səudiyyə Ərəbistanı pandemiya ilə əlaqədar Həcc ziyarətinə gələnlərin sayını kəskin şəkildə məhdudlaşdırıb.

Ahlibeyt.az “Mir24”-ə istinadən xəbər verir ki, krallıq koronavirus epidemiyası ilə bağlı sərt sanitar-epidemioloji qaydalar tətbiq etməyə başlayıb.

Məlumata görə, ziyarətçilər öncə karantindən keçməli, mütəmadi maska taxmalı və məsafə gözləməlidir. Bundan başqa, ölkə rəhbərliyi ziyarətçilərin sayınəhdudiyyət qoyaraq onların sayını 2.5 milyondan min nəfərədək azaldıb.

Bildirilib ki, seçilmiş min zəvvarın 700-ü ölkədə müvəqqədi yaşayan sakinlərdir(əsasən diplomatik korpus nümayəndələri).

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı pandemiyaya görə artıq 30 milyard ABŞ dollarından məhrum olub. Bu, Həcc ziyarətçilərinin hər il xərclədiyi məbləğdir. Bununla belə, Həcc ziyarəti üçün ilkin ödəniş edənlər pulunu geri götürməyə tələsməyib. Onların bir qismi növbəti il ziyarət etməyə ümid edir, digərləri isə bu məbləği koronavirusla mübarizəyə ianə edib.

Profilaktik tədbirlər çərçivəsində Kəbə evinə toxunmaq qadağan edilib, həmçinin şeytana daş atma mərasimi zamanı istifadə olunacaq daşlar xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənərək zəvvarlara təqdim ediləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2020  14:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!