إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Hökuməti İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumuna dəstəyini göstərməkdə davam edir

Banqladeşin paytaxtı Dəkkə şəhərinin “Gənclər paytaxtı” elan edilməsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin iclası keçirilib.

İclasın açılış mərasimində İƏT Gənclər və İdman nazirlərinin dördüncü konfransının sədri, Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Azad Rəhimov bu proqramın tolerantlıq, gənclərin inkişafı, onların dünyada baş verən dinamik dəyişiklikləri izləyib, daha yaradıcı və intellektual olmaları üçün xüsusi yeri olduğunu bildirib, Dəkkəni “Gənclər paytaxtı” seçilməsi münasibətilə təbrik edib. Azad Rəhimov deyib: “Azərbaycan Hökuməti İƏT Gənclər Forumuna daim dəstəyini göstərməkdə davam edir. Gənclərin sağlam və parlaq gələcəyi məsələsi bizim üçün prioritet istiqamətdir. İƏT Gənclər Forumunun əsası 2004-cü ildə Bakıda təşkil olunmuş Baş Assambleyanın iclasında qoyulub. Bununla yanaşı, 2010-cu ildən başlayaraq ölkəmiz İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin iclasına da ev sahibliyi edir. 2019-cu ilin fevralından Bakının sədrliyi ilə keçirilən Gənclər və İdman nazirlərinin daimi iclası da bunun əyani təsdiqidir”.

Nazir Azad Rəhimov İƏT Gənclər paytaxtı proqramının əhəmiyyətindən, proqram çərçivəsində gənclərin inkişafı istiqamətində həyata keçirəcək işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Qeyd edək ki, iclasda Banqladeş Xalq Respublikasının Baş Naziri Şeyx Hasina, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaym, Banqladeşin Gənclər və İdman naziri Zahid Ahsan Russel, Banqladeşin Xarici İşlər naziri Abdul Momen, Qambiyanın Ədliyyə naziri Daşda A Jallov, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan və digərləri də iştirak ediblər.

1

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2020  10:00 Çap

Bu bölmədə


Xəbər lenti















© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com