|
• Dünyadaİran PA: Dost və qonşu ölkə kimi Azərbaycan xalqı və hökumətinin yanındayıqİran İslam Respublikasının Prezident Administrasiyasının başçısı dünən gecə Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev ilə telefon söhbətində iki ölkə əlaqələri və əməkdaşlıqlarının müxtəlif sahələrdə genişlənməkdə olduğunu bildirərək, bunu müsbət dəyərləndirib.
Vaezi həmçinin bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dəstək İran İslam Respublikasının rəsmi mövqeyidir. O, deyib ki, bölgədə gərginlik heç bir ökənin xeyrinə olmayıb və olmayacaqdır. İranın Azərbaycan Respublikası xüsusiyyət təşkil etməklə bütün ölkələrin inkişafı, tərəqqisi və sabitlyini istədiyini vurğulayan Vaezi bildirib ki, bölgədə mövcud olan münaqişələr dialoq və dinc həll yolları ilə çözüləcəkdir. Hikmət Hacıyev də bu telefon söhbətində İran və Azərbaycan Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri həmçinin ölkələrin suverenliklərinə hörmət və beynəlxalq münaqişələr barədəki açıq-aşkar mövqelərinə görə, İrana təşəkkür edib. Bildirib ki, İran bölgədə nüfuza malik olan son dərəcə mühüm bir ölkə kimi regional məsələ və münaqişələrin həllində olduqca mühüm rol oynayır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2020 11:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |