|
• DünyadaQum Dini Elmlər Hövzəsi Ayətullah Sistaninin müdafiəsinə qalxdıQum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetində İslam Dünyasının şiələrinin ali dini mərcəi təqlidi Ayətullah Üzma Seyid Əli Sistaniyə qarşı hörmətsizliyini pisləyən bəyanat yayıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com "az.shafaqna.com"a istinadən xəbər verir ki, Qum Dini Elmlər Hövzəsinin müəllimlər cəmiyyəti bəyanatında qeyd edib ki, Səudiyyə Ərəbistanının “Əş Şərqul əvsət” qəzetinin şiə mərcəiyyətinin və İslam alimlərinin İraqın dini və milli mahiyyətinin qorunması, həmçinin bu xalqın siyasi birliyinin möhkəmləndirilməsi sahəsindəki rolu inkarolunmaz faktdır. Bəyanatda vurğulanıb ki, şiə mərcəiyyəti illər boyu imperializmə və İngiltərə müstəmləkəçiliyinə qarşı mübarizə ilə İraqın azadlığı və istiqlaliyyətinin əsaslarını möhkəmlədərək alimanə idarəçiliyi ilə İraqın rəşadətli xalqını böhranlardan çıxarmasına yardım etmişdir. “Bu arada İŞİD ilə mübarizədə müqavimət mehvərinin gücləndirilməsi və xalqın ümumi və könüllü səfəbərliyinə səbəb olan Ayətullah Sistaninin fətvası da böyük xüsusiyyətə malikdir. İraq xalqı, İslam alimləri və İslam Ümmətinin tərəfdarlarının mərcəiyyətin mövqeyinə hörmətsizlik edənlərlə rəftar üzrə tələbi izlənilməli və bu yöndə cinayət edənlər məsuliyyətə cəlb olunmalıdırlar.”, - deyə Qum Dini Elmlər Hövzəsinin bəyanatında qeyd edilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2020 10:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |